Paşinyanın adamı: Bu halda istefaya gedəcəyik

Paşinyanın adamı: Bu halda istefaya gedəcəyik

Hakimiyyət dəyişikliyi baş verib və bunun üçün Konstitusiya Məhkəməsinin tərkibi də dəyişməlidir.

Bunu Mənim Addımım Fraksiyasının deputatı Sasun Mikayelyan deyib.

"Biz məsələni xalq məhkəməsinə çıxarırıq, qoy xalq qərar versin. Əgər biz yanılırıqsa, o zaman hakimiyyəti qoyub, gedəcəyik. Mən deyirəm ki, Konstitusiya Məhkəməsi kilsənin son şamı olmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, Mikayelyan Paşinyanın Mülki Müqavilə Partiyasının yaradıcılarındandır. O, partiyanın hazırda ən nüfuzlu şəxslərindən hesab edilir.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31