"Rusiya iqtisadiyyatını SSRİ respublikaları çökdürdü" - Volodin
"Rusiya iqtisadiyyatını SSRİ respublikaları çökdürdü" - Volodin
7 Fevral 2020 16:31 DünyaRusiya regionlarının iqtisadi vəziyyətinə SSRİ dönəmində bəzi respublikaların "yemlənməsi" ucbatından zərər dəyib.
Olaylar.az xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"70 ilə görə məsuliyyəti üzərinə götürmək lazımdır. Məhz o zaman Rusiyanın regionları Baltikyanı, Ukrayna və digər respublikaları yemləyir, buradan hər şey çıxarılır, digər respublikalarda sənaye yaradılırdı. Bu cür yanaşma nəticəsində Rusiya iqtisadiyyatı 1991-ci ildə 1917-ci ilin inqilabı dövründən daha aşağı vəziyyətə düşdü", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31