Koronavirus naziri özündən çıxartdı: Qovun turistləri!

Koronavirus naziri özündən çıxartdı: Qovun turistləri!

Taylandın Səhiyyə Naziri maska taxmayan turistləri ölkədən qovmaq lazım olduğunu bildirib. Koronavirusla bağlı Səhiyyə Nazirliyi tərəfindən qoruyucu maskalar paylanıb, lakin Nazir bildirir ki, avropalı turistlər bu maskalardan istifadə etmək istəmirlər.

Səhiyyə Naziri Çarn Virakul koronavirusla əlaqəli tədbirlər çərçivəsində mətbuat nümayəndələrinin müşayiəti ilə xalqa qoruyucu maska ​​paylayıb. O qeyd edib ki, maskadan imtina edən avropalı turistləri ölkədən qovmaq lazımdır:

" Turistlər maska ​​taxmırlar və onlara bunu təklif etdikdə isə qəbul etmirlər. Taylanddan qovulmalıdırlar. Çinlilər, asiyalılar, hamısı maska ​​taxırlar, lakin avropalılar inanılmazdırlar. Virus daşıyıcısı olmadıqlarını necə bilmək olar? Taylanda gəlməmişdən əvvəl başqa yerdə də ola bilərlər. Ölkəmizdə belə insanlar varsa, onları qovmaq lazımdır".

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31