Avstraliyada yağışlar yanğınların 1/3 hissəsini söndürüb
Avstraliyada yağışlar yanğınların 1/3 hissəsini söndürüb
7 Fevral 2020 16:18 DünyaAvstraliyanın Cənubi Uels (NSW) əyalətinin yanğınsöndürmə xidmətindən verilən açıqlamaya görə, ştata yağan güclü yağış yanğınların 3\1-ni söndürüb. Həftənin sonunda artacağı gözlənilən yağışlar yanğınsöndürənlərin işini asanlaşdıracağı gözlənilir.
Avstraliya Meteoroloji Bürosundan Cənubi Uels və Kvinslend ştatlarında həftə ərzində yağışların davam edəcəyi bildirilib.
Qeyd edək ki, Cənubi Avstraliyada meşə yanğınlarında 33 nəfər ölüb, 3 min evin kül olub və 11 milyon hektardan çox ərazi yanaraq, 500 milyon heyvanın məhvinə səbəb olub.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31