Balıqçı gəmisi batdı

Rusiyanın balıqçı gəmisi Estoniya sahillərində batıb. Bu barədə Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsinin mətbuat xidmətinin məlumat yayıb.

Məlumata görə, Estoniya Polisi və Sərhəd Mühafizə İdarəsi yeddi ekipaj üzvünü xilas edə bilib. Həyəcan siqnalı gəmidən cümə axşamı yerli vaxtla 23: 40-da Yuminda yarımadasından 15 km şimalda gəlib. Gəminin sükan idarəetməsi sıradan çıxdığı və iki hissənin su ilə dolduğu bildirilib. Nəticədə gəmidə bir müddətdən sonra elektrik enerjisi təminatı itirilib.

Estoniya Dəniz Mühafizə Mərkəzi Finlandiya ilə birlikdə xilasetmə əməliyyatı keçirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31