Kobe Brayant və qızının dəfn mərasimi üçün xüsusi tarix seçildi

Kobe Brayant və qızının dəfn mərasimi üçün xüsusi tarix seçildi

Helikopter qəzasında həyatını itirən məşhur basketbolçu Kobe Brayant və qızının dəfn mərasiminin vaxtı açıqlanıb.

24 fevral tarixində keçiriləcək mərasim "Lakers"in ev oyunlarını keçirdiyi "Staples Center"də baş tutacaq.

Mərasim üçün 24.02.2020 tarixinin seçilməsinin xüsusi səbəbi var. Belə ki, Kobe Brayantın nömrəsi 24, qızı Ciannanın isə forma nömrəsi 2 olub. 

Qeyd edək ki, dəfndə eyni qəzada həyatını itirən daha 7 nəfər də yad ediləcək.

yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31