AŞ PA nümayəndə heyəti Azərbaycana gəldi
AŞ PA nümayəndə heyəti Azərbaycana gəldi
7 Fevral 2020 13:38 DünyaAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) nümayəndə heyəti fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin gedişatını müşahidə etmək üçün Azərbaycana gəlib.
Nümayəndə heyətinə almaniyalı deputat Frenk Şvabe başçılıq edir.
Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini müşahidə edəcək.
Onların birgə mətbuat konfransı fevralın 10-na planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31