Hərbi Gürcüstan yolu bağlandı – Səbəb

Hərbi Gürcüstan yolu bağlandı – Səbəb

Rusiyanı Cənubi Qafqaz ölkələri ilə birləşdirən Hərbi Gürcüstan yolu bütün növ nəqliyyat vasitələri üçün bağlı elan olunub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Hərbi Gürcüstan yolu Moskva vaxtı ilə saat 08:00-dan etibarən bütün növ nəqliyyat vasitələri üçün bağlanır", - deyə TASS idarənin yaydığı məlumatdan sitat gətirib.

Daha öncə yol ağır tonnajlı nəqliyyat vasitələri üçün bağlanmışdı.

Yolun buz bağlaması səbəbindən bağlandığı bildirilir.

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31