Ölümcül virus barədə ilk dəfə xəbər verən həkim öldü

Ölümcül virus barədə ilk dəfə xəbər verən həkim öldü

Çində koronavirusla bağlı ilk dəfə dünya ictimaiyyətinə məlumat verən həkim Li Venlianq həyatını itirib.

Onun koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, dekabr ayının 30-da 34 yaşlı həkim həmkarlarına eyni şirkətdə işləyən 7 nəfərin virusa yoluxduğu barədə mesaj göndərib. Daha sonra ictimaiyyət məsələdən xəbər tutub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31