Lavrov 9 il sonra bu ölkəyə getdi
Lavrov 9 il sonra bu ölkəyə getdi
7 Fevral 2020 11:29 DünyaRusiya Xarici İşlər naziri Sergey Lavrov Venesuelanın paytaxtı Karakasa gedib.
Olaylar.az xəbər verir ki, bu məlumatı "RİA Novosti" agentliyi yayıb.
Məlumata görə, onu Karakasda Venesuela XİN rəhbəri Xorxe Arreas qarşılayıb. Lavrovun Karakasda Venesuela Prezidenti Nikolas Maduro ilə görüşəcəyi bildirilib.
Qeyd edək ki, Lavrov sonuncu dəfə Venesuelaya 2011-ci ildə gəlmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31