Daha bir ölkədə siqaretə qarşı “savaş” başladı – Qanun sərtləşdirildi
Daha bir ölkədə siqaretə qarşı “savaş” başladı – Qanun sərtləşdirildi
6 Fevral 2020 17:56 DünyaBelçika parlamenti tütün məhsullarının reklamını qadağan edən qərar layihəsini bəyənib.
Belçikada tütün məhsullarının reklamını qadağan edən qanun 2021-ci ilin yanvarından qüvvəyə minəcək.
Tütündən istifadənin və reklamının xeyli məhdudlaşdırıldığı həmin qanuna əsasən, 18 yaşa qədər uşaqların olduğu avtomobillərdə də siqaret çəkmək qadağandır.
Belçikanın VRT dövlət kanalının məlumatına görə, sözügedən qanunun qəbulunda əsas məqsəd tütünün insan sağlamlığına vurduğu zərərin qarşısını almaqdır.
Yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31