2 polis ölüb, 250 terrorçu zərərsəzləşdirilib
2 polis ölüb, 250 terrorçu zərərsəzləşdirilib
6 Fevral 2020 17:14 DünyaNigeriyanın şimal-qərbindəki Boko Haramda Ansaru terror təşkilatı düşərgəsinə edilən hava hücumunda 250 terrorçu zərərsizləşdirilib. Nigeriyanın Polis qüvvələri mətbuat katibi Frank Mba mətbuata verdiyi açıqlamada Kaduna əyalətində Ansaru terror təşkilatına qarşı hava hücumu hazırlandığını bildirilib. Mətbuat katibi həmçinin, əməliyyatda 250 terrorçunun zərərsizləşdirildiyini, çox sayda terrorçunun yaralandığını qeyd edərək, təşkilat düşərgəsinin məhv edildiyini söyləyib.
Qeyd eək ki, əməliyyatda təşkilata aid xeyli miqdarda silah-sursatın ələ keçirildiyi və iki polis əməkdaşının yaralandığını bildirilib.
Bəzi mənbələr təşkilatın atəş açaraq polis təyyarəsini vurmağa çalışdıqlarını söyləyiblər.
sia.az