Ukraynada deputat iclasda serial izlədi - VİDEO

Ukraynada deputat iclasda serial izlədi - VİDEO

"112 Ukrayna" bu barədə video yayımlayıb.

Görüntülərdən məlum olur ki, Ali Radada iclas zamanı "Xalqın xidmətçisi" partiyasının nümayəndəsi Aleksandr Kabanov noutbukunda seriala baxır.

Bu zaman digər deputatlar yer üstündə dava salırlar.

Həmin vaxt parlamentin gündəmində qalmaqallı torpaq haqqında qanun layihəsinin ikinci oxunuşu olub. Bu təşəbbüsün minlərlə əleyhdarı etiraz üçün parlament binasının önünə toplaşıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31