İlan jurnalistin mikrofonuna dəfələrlə hücum etdi - VİDEO

İlan jurnalistin mikrofonuna dəfələrlə hücum etdi - VİDEO

Avstraliyada ilanlarla bağlı xəbər hazırlayan müxbirin başına maraqlı hadisə gəlib.

Bu barədə "HaberGlobal" məlumat yayıb.

Müxbir hazırlamaq istədiyi süjet üçün ilanla birlikdə qısa anons çəkmək istəyib. Lakin anons çəkilişlərində istifadə olunan piton müxbirin planlarını pozub. Belə ki, ilan çəkiliş zamanı müxbirin əlində saxladığı mikrofona dəfələrlə hücum edib. Jurnalist hadisədən bir qədər qorxsa da, bunu biruzə verməməyə çalışıb.

OXU.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31