Çindən gələn 100 nəfər karantinə alındı - KORONAVİRUS ŞÜBHƏSİ

Çindən gələn 100 nəfər karantinə alındı - KORONAVİRUS ŞÜBHƏSİ

Uqanda yeni tip koronavirus (2019-nCoV) epidemiyası səbəbilə Çindən gələn 100 sərnişini karantinə alıb.

Bu barədə Uqandanın Səhiyyə naziri Ceyn Eysenq yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Çindən gələn təyyarədəki 100 nəfər 14 gün müxtəlif xəstəxanalarda saxlanılacaq. Sərnişinlərdən 44-ü Çin vətəndaşıdır. Buna görə ölkədə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, virusun ortaya çıxdığı 12 dekabrdan bu günə qədər Afrika qitəsində sözügedən xəstəliyə rast gəlinməyib. Çin Milli Səhiyyə Komitəsinin hesabatına görə, indiyə qədər 564 nəfər ölüb, 28 min 18 nəfər virusa yoluxub. 186 min 354 nəfər müşahidə altında saxlanılır.

Evə buraxılan xəstə sayı isə 1153-dür.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31