Başına 500 min qoyulan terrorçu sərhəddə təslim oldu

Başına 500 min qoyulan terrorçu sərhəddə təslim oldu

PKK terror təşkilatının üzvü olan 5 nəfər könüllü şəkildə Türkiyəyə təslim olub.

Olaylar.az  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Təslim olan PKK-çıların arasında başına 500 min türk lirəsi mükafat qoyulan terrorçu da var. Həmin terrorçular Türkiyə-İraq sərhədində yerləşən Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olublar.

Qeyd edək ki, Türkiyə DİN yanvarın 1-dən etibarən 24 PKK-çının Türkiyəyə təslim olduğunu açıqlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31