44 il uçdum, belə bir təyyarə qəzası görmədim - Türk pilot
44 il uçdum, belə bir təyyarə qəzası görmədim - Türk pilot
6 Fevral 2020 10:33 DünyaBu qəzanın sərt enişlə əlaqəsi yoxdur. Təyyarə parçalanıb. 44 il uçdum, belə bir şey görmədim.
Bunu Sabiha Gökçən hava limanındakı təyyarə qəzasına münasibət bildirərkən təqaüddə olan türkiyəli pilot Mustafa Kolko bildirib.
"Sərt enişlə təyyarənin bu qədər parçalandığını görməmişdim. Burada başqa bir hadisə var. Mülki aviasiya qara qutunu araşdırdıqdan sonra nə baş verib, təyyarənin sürəti nə qədər olub, hamısı ortaya çıxar", - Kolko söyləyib.
Qeyd edək ki, ötən gün "Peqasus" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanına sərt eniş edib, nəticədə zolaqdan çıxan təyyarə 3 hissəyə parçalanıb. Qəzada 1 nəfər dünyasını dəyişib, 157 nəfər yaralanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31