Duda yenidən prezident seçkisinə qatılır

Duda yenidən prezident seçkisinə qatılır

Polşa Prezidenti Andjey Duda yenidən Polşa prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək.

Bunu Polşa prezidenti jurnalistlərə açıqlamasında deyib.

"Mən prezident seçkisində namizədliyimi irəli sürəcəyəm. Sizdən səs xahiş edəcəyəm", - o deyib..

Qeyd edək ki, Dudanı Polşanın hakim Haqq və Ədalət Partiyasının rəhbəri Yaroslav Kaçinski dəstəkləyir. Seçki mayın 10-da baş tutacaq.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31