Çində 563 nəfər öldü: Koronavirus qurbanlarının sayı getdikcə artır

Çində 563 nəfər öldü: Koronavirus qurbanlarının sayı getdikcə artır

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 28 018 nəfərə çatıb, 563 nəfər isə ölüb.

Virusa yoluxanlardan 1153 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31