Avropa İttifaqının bu ölkələrində acınacaqlı vəziyyət
Avropa İttifaqının bu ölkələrində acınacaqlı vəziyyət
5 Fevral 2020 18:21 DünyaAltı üzv dövlətin, o cümlədən Portuqaliyanın fəhlələri üçün əməkhaqqı paketləri, orta hesabla, 10 il əvvəlkindən aşağıdır, çünki bu ölkələrdə böhran başa çatmayıb.
Bu barədə Avropa Həmkarlar İttifaqları Konfederasiyası (CES) məlumat yayıb.
2010-cu illə müqayisədə 2019-cu ildə əməkhaqqı paketi Yunanıstanda 15 faiz, Kiprdə 7 faiz, Portuqaliya ilə İspaniyanın hər birində 4 faiz və İtaliyada 2 faiz aşağı olub.
CES baş katibinin müavini Ester Lanç Aİ-ni ittifaq ölkələrində əməkhaqqıların, xüsusən də minimum əməkhaqqının artmasına şərait yaratmaq üçün daha çox iş görməyə çağırıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31