Vana xüsusi qrup göndərildi
Türkiyədə məlum qar uçqunundan sonra AFAD (Fövqəladə Hallar nazirliyi) və Jandarma birlikləri Vana göndərilib.
5 Fevral 2020 17:54 DünyaTürkiyədə məlum qar uçqunundan sonra AFAD (Fövqəladə Hallar nazirliyi) və Jandarma birlikləri Vana göndərilib.
Vanda baş verən uçqun fəlakətindən sonra 75 nəfərlik AFAD və Jandarma birlikləri lazımi avadanlıq və Türk Silahlı Qüvvələrinə aid bir yük təyyarəsi Vana göndərilib.
Milli Müdafiə nazirliyinin verdiyi açıqlamaya görə, Van Silahlı Qüvvələrinə aid bir təyyarə, Van bölgəsindəki uçqun fəlakəti səbəbiylə Vanda xilasetmə əməliyyatlarına dəstək olmaq üçün 75 nəfərlik AFAD və Jandarma birliklərini və lazımi avadanlıqları hadisə yerinə göndərib.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31