Yüzlərlə donuz virusdan tələf oldu
5 Fevral 2020 17:33 Dünyaİndoneziyanın Bali adasında Afrika taunu virusu ilə əlaqədar yüzlərlə donuz tələf olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, virusun mövcudluğunu İndoneziya hökuməti də təsdiq edib.
Rəsmi məlumatlara əsasən, son iki ay ərzində Balidə 888 donuz Afrika taunu nəticəsində tələf olub.
Qeyd olunur ki, təkcə Badunq rayonunda 600 donuz ölüb.
Bununla belə, son günlərdə virusun qarşısının alındığı deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31