Suriya Ordusu 4 kəndi geri alıb

Suriya Ordusu 4 kəndi geri alıb

Suriya Ordusu bu gün İdlib və Hələbdə daha 4 kəndi radikal qruplaşmalardan geri alıb. Suriya Ordusu şimalda radikal silahlı birləşmələrə qarşı əməliyyatı fonunda İdlib əyalətinin cənub-şərqində İslamin və ər-Rayyan kəndlərini, Hələb əyalətinin cənubunda isə Cazraya və Zimar kəndlərini azad edib. Suriya Ordusu İdlib əyalətinin strateji şəhəri, Hələb-Dəməşq yolu üzərində yerləşən strateji Suraqibdəki radikal qruplaşmalara da son şans verdiyini bəyan edib.

Suriya Ordusunun bu istiqamətdə irəliləməsi ilə Türkiyənin hərbi polis qüvvələrinin daha bir postu birincinin mühasirəsinə düşə bilər. Bu arada prezident Rəcəb Təyyib Ərdoğan bu günkü çıxışında Suriya Ordusundan İdlib və Hələbdə Türkiyə post patrul mövqelərindən geri çəkilmələrini tələb edib və Suriyaya fevralın sonunda qədər möhlətin verildiyini bildirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31