Rusiya Səhiyyə Nazirliyinin açıqlaması insanları qorxutdu

Rusiya Səhiyyə Nazirliyinin açıqlaması insanları qorxutdu

Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə bütün dünyaya yayılan koronavirus xəstəliyindən ölənlərin sayı artıq 493 nəfərə çatıb. Rusiya Səhiyyə Nazirliyi sürətlə yayılan bu xəstəliklə bağlı insanları təşvişə salan açıqlama verib.

Rusiya Səhiyyə Nazirliyi xəstəliyə qarşı peyvənd əldə edilməsinin 8-10 ay müddətinə başa gələcəyini bildirib.

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko peyvəndin ən az 8-10 aylıq bir müddətdə hazırlandığını və bunun kliniki test olmadan sadəcə ilkin mərhələ olduğunu söyləyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında xəstəliyə yoluxanların sayının 24 mindən artıq olduğu bildirilib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31