Rusiya Hindistanda “Kalaşnikov” avtomatları istehsal edəcək

Rusiya Hindistanda “Kalaşnikov” avtomatları istehsal edəcək

"Rusiya-Hindistan birgə müəssisəsi "Kalaşnikov" avtomatlarının istehsalına başlamağa hazırdır". Bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktor müavini Vladimir Drozzov deyib.

O bildirib ki, hazırda Hindistan Müdafiə Nazirliyi üçün kommersiya təklifi hazırlanır.

Qeyd edək ki, Rusiya və Hindistan birgə "Indo-Russia Rifles Private Limited" adlı şirkət yaradıb. Şirkət Hindistanda qeydiyyata alınıb və müxtəlif növ silahlar istehsal edir.

Ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31