Koronavirus Rusiya və Ərəbistanı razılaşmaya apara bilər
Koronavirus Rusiya və Ərəbistanı razılaşmaya apara bilər
5 Fevral 2020 16:25 DünyaOPEC və qeyri-OPEC ölkələrinin mütəxəssisləri koronavirusun neft qiymətlərinə təsirini nəzərdən keçiriblər. Mütəxəssislər koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə ediblər.
Vyanada keçirilən toplantıda Çinin BMT-dəki nümayəndəsi Vanq Qunu da çıxış edib. O koronavirusun yayılması və bunun qlobal neft istehsalına təsirinindən danışıb.
Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq əldə edərlərsə "OPEC+" iclasının daha tez keçirilməsinə nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Çində yayılan koronavirusla bağlı neft istehsalına təlabat azalıb və neft qiymətlərinin aşağı enməsi gözlənilir.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31