Hindistan "S-400" raketlərini bu tarixdə alacaq

Hindistan "S-400" raketlərini bu tarixdə alacaq

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin vitse-prezidenti Drojjov, Hindistan üçün "S-400" hava hücumundan müdafiə sistemlərinin ilk təslimatının 2021-ci ilin sonunadək baş tutacağını söyləyib.

Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) vitse-prezidenti Vladimir Drojjov, Hindistanın Lakhnau şəhərində jurnalistlərə verdiyi açıqlamada, Rusiya ilə Hindistan arasındakı "S-400" razılaşmasını dəyərləndirib.
"S-400"ün Hindistana çatdırılmasının təqvimə uyğun olaraq davam edəcəyini bildirən Drojjov, " S-400 sistemlərinin Hindistana çatdırılması planlaşdırıldığı kimi 2021-ci ilin sonunda başlayacaq. Hindistanlı mütəxəssislərinin təlimi çatdırılmadan öncə başlayacaq" deyə bildirib.

Qeyd edək ki, Hindistanın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına dair müqavilə 2018-ci ilin noyabrında imzalanıb.
Hindistanın baş naziri Nerandra Modi və Rusiya prezidenti Vladimir Putin arasında geniş danışıqlar nəticəsində bağlanmış razılaşma çərçivəsində təslimatların 2023-cü ilin aprelində tam baş tutacağı gözlənilir.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31