Paşinyanın komandasında çat dərinləşir – Növbəti istefa
Paşinyanın komandasında çat dərinləşir – Növbəti istefa
5 Fevral 2020 15:26 DünyaErmənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Arevik Anapiosyan istefa ərizəsini təqdim edib.
Bu barədə Ermənistan hökumətindəki mənbələr məlumat verib.
Nazir müavini özü istefası barədə şayiələri təkzib etməyib.
Arevik Anapiosyan 2018-ci il may ayında Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistanın təhsil və elm nazirinin müavini təyin olunub.
Əlavə edək ki, bu, son bir ay ərzində Ermənistan hökumətində baş verən dördüncü istefadır.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31