Ərdoğan Trampın Yaxın Şərq sülh planını tənqid etdi – “İşğal və ilhaqdır”
Ərdoğan Trampın Yaxın Şərq sülh planını tənqid etdi – “İşğal və ilhaqdır”
5 Fevral 2020 14:48 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın "əsrin müqaviləsi" adı qoyulan İsrail-Fələstin münaqişəsinin dinc yolla həlli planına münasibət bildirib.
Olaylar.az türk mediasına istinadən bildirir ki, Ərdoğan Donald Trampın Yaxın Şərq sülh planını işğal və ilhaq planı adlandırıb. "Qüds probleminə sahib çıxırıq, nə lazım gələrsə, etdik, edəcəyik. Açıqlanan planın yeganə hədəfi 70 ildir aramsız davam edən İsrailin işğal siyasətinə legitimlik qazandırmaqdır. Fələstinli qardaşlarımızın razı olmadığı bir plana əsla dəstək olmayacağıq", - prezident qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31