Tramp QİÇS-lə mübarizə aparır

Tramp QİÇS-lə mübarizə aparır

Tramp onilliyin sonuna qədər ABŞ-da QİÇS epidemiyasının dayandırılacağına əmindir. ABŞ prezidenti Donald Tramp, on iliyin sonuna qədər ölkənin QİÇS epidemiyasına son verə biləcəyinə inandığını söyləyib.

"On iliyin sonuna qədər Amerikada QİÇS epidemiyasını aradan qaldıracağıq", deyə o, ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatasında "Ölkənin vəziyyəti haqqında" illik mesajında bildirib.

ABŞ prezidenti qeyd edib ki, Ağ Ev "böyrək xəstəliyi, Alsqeymer xəstəliyi və ruhi sağlamlığı problemləri ilə mübarizə aparan amerikalıların tibbi yardımının yaxşılaşdırılmasına yönəlmiş yeni iddialı təşəbbüslər" və "xərçəngin müalicəsi üçün yeni dərmanlar" axtarır.

Tramp, Konqresdəki əvvəlki müraciətində, 2030-cu ilə qədər ABŞ-da HİV və uşaq xərçənginin yayılmasının qarşısını almaq üçün hazırlanan təşəbbüsün elan edildiyini söyləmişdi. Proqrama əsasən, ilk beş il ərzində xəstəliyin yayılmasına qarşı mübarizə aparmaq üçün 20 dövlətdə səhiyyə işçiləri çalışacaqlar.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərin məlumatına görə, milyondan çox Amerikalıda HİV diaqnozu qoyulub və hər il onların sayı təxminən 40 min nəfər artır.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31