Mühacirləri daşıyan avtobus aşdı: ölü və yaralılar var
Mühacirləri daşıyan avtobus aşdı: ölü və yaralılar var
5 Fevral 2020 13:29 DünyaAmerikaya mühacirləri daşıyan yük maşınının Meksikada dərəyə yuvarlanması nəticəsində 1 nəfər ölüb, 81 nəfər yaralanıb. Mülki Müdafiə Birliyi hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Mühacirlər əsasən Qvatemala, Honduras və El Salvadordan imiş.
Qeyd edək ki, yaralılar San Andres və Santiaqo şəhərlərindəki xəstəxanalarda müalicə edilir.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31