Bu Avropa ölkəsində tütün məhsullarının reklamı qadağan edildi
Bu Avropa ölkəsində tütün məhsullarının reklamı qadağan edildi
5 Fevral 2020 12:30 DünyaBelçikada bütün növ tütün məhsullarının reklamı qadağan edilib.
Bu barədə sözügedən ölkənin rəsmi televiziyası VRT məlumat yayıb.
Bildirilir ki, qərar parlamentdə qəbul olunub və 2021-ci ilin yanvar ayından etibarən qüvvəyə minəcək. Bu addımın ağciyər xərçənginin əsas səbəbi olan siqaretin istifadəsini azaltmaq üçün atıldığı qeyd olunub.
Qərara əsasən mağazaların qabağında və ya içərisində siqaret reklamları olmayacaq.
Həmçinin, nəqliyyat vasitələrində 18 yaşdan kiçik bir uşağın yanında siqaret çəkmək qadağan edilib.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31