Marsda duzlu göl aşkar edilib

Marsda duzlu göl aşkar edilib

Marsın Geyla kraterində mövcud olan göl duzlu olmaqla yanaşı, canlı varlıqlar üçün kifayət qədər uyğun turşu-qələvi balansına da malik olub.

Meteorit zərbəsi nəticəsində Marsın səthində yaranmış Geyla kraterindəki tədqiqatlara əsaslanıb. Hazırda bu krater quru və boş ərazi olsa da, vaxtilə kraterdə su - nəhəng göl mövcud olub.

Marsda gəzən "Curiosity" robotu aydınlaşdırıb ki, kraterdə su yalnız duzlu olmayıb, həm də uyğun pH səviyyəsinə malik olub. Lakin Marsda həyatın mövcudluğunun sübutu üçün əlavə tədqiqatlar tələb olunur.

Alimlər artıq planetin səthində çayların axdığını və minerallarla zəngin gölün mövcud olduğunu dəqiq bilirlər. Bundan başqa, tədqiqatlar zamanı bioloji proseslər nəticəsində yarandığı ehtimal olunan orqanik molekullar da aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31