Təyyarədə qorxu filmi həyəcanı yaşanıb
5 Fevral 2020 11:34 DünyaBudapeştdən Edinburqa uçan reysin sərnişinləri qorxu filmindəki rolları məcburən real həyatda oynamalı olublar.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, təyyarə göyə qalxandan təqribən bir saat sonra sərnişinlər bir-birinin ardınca bayılmağa başlayıblar. Ehtimala görə, buna təyyarənin içində oksigen çatışmazlığı səbəb olub. Heyət üzvləri sərnişinlərə kömək etmək üçün onlara oksigen maskaları paylayıblar. Təyyarədə panika başlayıb. Azı 8 adam huşunu itirib. Təyyarə yerə enəndən sonra sərnişinlər yaşadıqları bu dəhşəti "cəhənnəmdən qaçış" adlandırıblar. Sərnişinlərin bir hissəsi "Ryanair" aviadaşıyıcısından rəsmi şikayət etməyə hazırlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31