2 uşaq anası bu məktubu yazıb özünü öldürdü - FOTO

2 uşaq anası bu məktubu yazıb özünü öldürdü - FOTO

2 uşaq anası intihar məktubu yazdıqdan sonra canına qəsd edib.

Türkiyənin Bursa vilayətinin Yıldırım mahalında yaşayan 42 yaşlı Güler K. yataq otağında intihar edib.

Yataq otağına girən əri onun cansız bədənini gördükdə polis və həkim çağırıb. Axtarış zamanı evdən intihar məktubu tapılıb.

"Cəsədimi ailəmə verməyin. Məni kimsəsizlər qəbirstanlığında dəfn edin", - onun məktubunda qeyd olunub.

Qonşuların dediyinə görə, qadın ərindən, qayınanasından və öz anasından zülm görüb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31