Toyda qızıl üstündə başlayan mübahisə kütləvi davaya çevrildi - VİDEO
Toyda qızıl üstündə başlayan mübahisə kütləvi davaya çevrildi - VİDEO
4 Fevral 2020 16:52 Dünyaİstanbulun Sultanqazi bölgəsində yerləşən şadlıq evlərindən birində keçirilən toy zamanı bəy və gəlin tərəfi arasında kütləvi dava baş verib.
"HaberGlobal"ın məlumatına görə, kütləvi dava təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kütləvi davaya səbəb kimi qız və oğlan tərəfi arasında toyda taxılan qızıllarla bağlı mübahisə göstərilib. Mübahisə tezliklə davaya çevrilib. Polisin müdaxiləsi ilə tərəflər sakitləşdirilib.
Toydan sonra gəlin ata evinə, bəy isə toplanan qızılları götürərək öz evinə qayıdıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31