Çindən nikbin açıqlama: Koronavirusa qalib gəlirik

Çindən nikbin açıqlama: Koronavirusa qalib gəlirik

Koronavirusdan ölənlər ümumi yoluxanların 2,1%-ni təşkil edib.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.

"Koronavirusa yoluxanların sayının artmasına rəğmən Çində ölüm halları çox aşağıdır. Bu, cəmi 2,1%-dir ki, o da Ebola, TORS, MERS və SARS-a yoluxaraq ölənlərdən əhəmiyyətli dərəcədə azdır. Hazırda xəstəlikdən sağalanların sayı artır. Biz epidemiya ilə mübarizədə ona qalib gələcəyimizə əminik", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31