Koronavirus Belçikada da qeydə alındı
Koronavirus Belçikada da qeydə alındı
4 Fevral 2020 15:31 DünyaÇinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib.
Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib.
Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib.
Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir.
Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31