Kadırovu tənqid edən bloqçunu doğradılar

Kadırovu tənqid edən bloqçunu doğradılar

Çeçen bloqçu İmran Əliyev Fransanın Lil şəhərində hücum nəticəsində qətlə yetirilib. Çoxsaylı bıçaq yarası olan meyit "Corq Hardi" otelində tapılıb. Meyit 30 yanvar tarixində tapılsa da, onun şəxsiyyətini müəyyənləşdirmək bir neçə gün sürüb. 
Əliyevin yaxınları sosial şəbəkədə bildiriblər ki, meyiti tanıyıblar. İmranın qətlində isə Belçikadan onunla birlikdə Fransaya gedən ikinci çeçen şübhəli bilinir. 
Qeyd edək ki, "Qoca Mansur" niki ilə tanınan bloqçu "YouTube" kanalında Çeçen hökumətini və Ramzan Kadırovu dəfələrlə tənqid etdiyi üçün gizlənirdi.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31