“Bir milyon dollar aldığımı deyir, amma...” - Generalın iddiasına cavab

“Bir milyon dollar aldığımı deyir, amma...” - Generalın iddiasına cavab

Suriya Milli Ordusunun komandanı Əbu Əhməd Əl Nur qiyamçı general Xəlifə Haftarın sözçüsünün Liviyada döyüşdüyü və qarşılığında 1 milyon dollar aldığı iddialarını təkzib edib.

Əhməd Əl Nurun Tripolidə olduğu barədə, Haftarın sözçüsü Əhməd əl-Mismarinin sözlərini inkar edən komandan hazırda Suriyanın şimalında, Hələbin Azez mahalında olduğunu bildirib.

"Haftarın sözçüsü Liviyanın paytaxtı Tripolidə Milli Razılıq Hökumətinin yanında döyüşdüyümü və əvəzində 1 milyon dollar aldığımı iddia edir. Bu iddialar həqiqətə uyğun deyil. Mən Azezdəyəm. Suriya Milli Ordusu olaraq, yeganə vəzifəmiz Suriya xalqını müdafiə etmək və ölkəmizi işğalçıdan qurtarmaqdır. Bu iddiaları eşidəndə təəccübləndim. Mismarinin iddiaları yalandır".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31