Ermənistan ordusundan kütləvi yayınma halları rəsmən etiraf olundu

Ermənistan ordusundan kütləvi yayınma halları rəsmən etiraf olundu

Ermənistan hakimiyyəti gənclərin orduda xidmət etməmək üçün müvafiq qurumlara rüşvət verərək, orduya yarasızlıq barədə saxta sənədləri əldə etməsi və bunun kütləvi hal aldığını etiraf etmək zorunda qalıb.

Artıq vəziyyət o həddə çatıb ki, hər 2-3 erməni gəncdən biri saxta sənədlər əldə etməklə ordudan yayınmağa çalışır. Erməni gənclərin Ermənistan ordusunda xidmət etməkdən yayınma faktı kütləvi xarakter daşıdığından  rüşvətin həcmi də artıb.

Əksər erməni gənclər həqiqi hərbi xidmətə getmədən ordudan yayınmağa çalışırlar. Bunun üçün daha yüksək məbləğ tələb olunur. Yəni tamamilə hərbi xidmətə yararsızlıq üşün 3-5 min ABŞ dolları lazımdır. Ancaq bəzi erməni gənclər daha hiyləgər metoddan istifadə edirlər. Belə ki, möhlət hüququndan istifadə etməklə ölkə sərhəddini çıxır və geri qaytımırlar. Yaxudda  oxumaq adı altında xarici ölkəyə getməklə Ermənistanı birdəfəlik və ya uzun müddətə tərk edirlər.

Əksər gənclər  Ermənistanda işsizlik olduğundan muzdlu hərbçi kimi müqavilə əsasında xidmət etməyə gedirlər. Bunlar əsasən əyalətlərdə olan gənclərdir. Lakin  muzdlu hərbi xidmət sahəsində də vəziyyət həddən artıq acınacaqlıdır. Belə ki, orduda vəziyyətin həddən artıq pis, dözülməz, özbaşınalıq hallarının, "dedavşinanın" hökm sürməsi,  nizam-intizamın  olmaması müqavilə əsasında xidmət edənlərin   vaxtından tez təxris olunmasını şərtləndirən əsas amillərdəndir. Ordudan vaxtından əvvəl təxris olunmaq isə erməni gənclərə daha çox baha başa gəlir. Çünki ordudan vaxtından əvvəl təxris olunmaq üçün daha böyük məbləğdə rüşvət ödəmək lazım gəlir.
Bunun nəticəsidir ki, son illərdə Ermənistan ordusundan çağırış planı dolmur və ordunun komplektləşdirilməsində ciddi problemlər yaşanır. Ermənistan hakimiyyəti yaranmış vəziyyətdən çıxış yolu kimi gənc qadınların orduya cəlb edilməsində görür. Lakin bu da yaranmış problemin həlli yolu olmadığını İrəvan yaxşı anlayır və görür.

Ermənistan ordusunda yaranmış acınacaqlı vəziyyətin qarşısını almaq məqsədi ilə İrəvan orduda vəziyyəti araşdırmaq üçün xüsusi xidmət orqanlarına əlavə səlahiyyətlər verib.
Ermənistan hakimiyyəti  Milli təhlükəsizlik xidmətinə orduda korrupsiya, rüşvət hallarını yoxlayıb, aradan qaldırmaq və hərbi nizam-intizamın təmin edilməsi ilə əlaqədar olaraq əlavə səlahiyyətlər verib.

Ermənistanın xüsusi xidmət orqanları qısa zaman ərzində orduda apardığı araşdırma nəticəsində xeyli sayda korrupsiya və rüşvət faktlarını aşkar edib.

Ermənistan Milli təhlükəsizlik xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki,  gənclər həqiqi hərbi xidmətdən yayınmaq üçün özlərinə  sağlamlıqlaırnın orudua xidmət etməsinə imkan verməyən saxta tibbi səndələr hazırlayırla  və buna görə tibb komissiyasına  yüksək məbləğdə 3-5 min dollar civarında rüşvət alırlar. Təkcə Nevroloji tibbi birliyin həkimləri hərbi xidmətdən yayınmaq istəyən gənclərə rəy vermək üçün  4  şəxsdən 8500 dollar aldığı faktı aşkar edilib.

Orduda xidmətdən möhlət hüququ, eyni zamanda  ordudan vaxtından əvvəl təxris olunma  ilə bağlı yüzlərlə faktlar aşkar edilib. Ermənistan xüsusi xidmət orqanları  müvafiq qurumların 2019-cu ildə möhlət hüquq və vaxtında tez təxrisolunma ilə bağlı olaraq hərbçilərin valideynlərindən 45 min dollar aldığını müəyyən edib.

Faktlarla bağlı cinayət işi açılıb. Ordudakı korrpusiya faktı ilə bağlı olaraq Ermənistan Silahl Qüvvələrinin yüksək ranqlı zabitlərinin cinayət məsuliyyətinə cəlb olunması gözlənilir.
 

Ölkə.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31