Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib
Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib
4 Fevral 2020 11:30 DünyaHindistan hökuməti Kerala ştatında yeni növ koronavirusa yoluxmanın təsdiqlənmiş üç halı ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.
Ştatının səhiyyə naziri bildirib ki, fövqəladə vəziyyət rejiminin elan edilməsi insanları qorxutmamalıdır, bu, virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin gücləndirilməsidir.
Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31