“O vaxt nasistlər də...” - Ərdoğanın salamı rezonans doğurdu

“O vaxt nasistlər də...” - Ərdoğanın salamı rezonans doğurdu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı əsgərləri salamlaması Rusiya mediasında müzakirə mövzusuna çevrilib.

Rus mediası Ərdoğanın ukraynalı hərbçiləri nasist şüarı ilə salamladığını iddia edib.

Mənbələr Türkiyə liderinin "Yaşasın Ukrayna! Qəhrəmanlara eşq olsun!" salamının ("Slava Ukaine! Qeroyam slava!") İkinci Dünya Müharibəsində Ukraynada nasistlər tərəfindən şüar kimi səsləndirildiyini yazıb.

2018-ci ildə Rusiyada keçirilən futbol üzrə dünya çempionatında "Yaşasın Ukrayna" şüarı səsləndirdiyinə görə Xorvatiya milli komandasının oyunçusu Domaqoj Vida barəsində FİFA-da intizam işi açılmışdı.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31