Türkiyədə zəlzələ baş verdi
Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda səhər saatlarında ardıcıl 5 zəlzələ baş verib.
Bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.
Birinci zəlzələ yerli vaxtla 04:27-də 4 bal, digərləri isə 3.4 gücündə olub.
Yeraltı təkanların yerin 7 km dərinliyində baş verdiyi bildirilib.
Dağıntı və tələfat haqqında məlumat yoxdur.
axar.az