Oyun zalında atışma - 8 ölü, 1 yaralı
Meksikanın Uruapan şəhərində oyun avtomatları salonunda baş verən atışmada ən azı 8 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə yerli prokurorluq xəbər yayıb.
Hadisə zamanı ölənlərin şəxsiyyətləri müəyyənləşdrililməyib, yaralı xəstəxanaya çatdırılıb.
İstintaq orqanları araşdırmalar aparır.
Teleqraf.com