Çinin ali rəhbərliyi ilk dəfə etiraf etdi – Koronavirusla bağlı...
Çinin ali rəhbərliyi ilk dəfə etiraf etdi – Koronavirusla bağlı...
4 Fevral 2020 10:07 DünyaMilli Səhiyyə Komissiyasının (NHC) verdiyi açıqlamaya görə, Çində koronavirusdan (2019-nCoV) ölənlərin sayı 425-ə çatıb. Virusa yoluxanların sayı isə 20438-dən 2788 nəfərin vəziyyəti ağırdır.
Virus daşıyıcısı hesab edilən şübhəli şəxslərin sayı 23214, nəzarət altında alınların sayı isə 171329-a çatıb. Buraxılan xəstələrin ümumi sayı 632 nəfərdir.
Son 24 saat ərzində ölkədə koronavirus epidemiyasında 64 insan həyatını itirib və 3235 nəfərdə virus aşkarlanıb.
Malayziya da Çindən vətəndaşlarını təxliyə edən ölkələrsırasına qatılıb. Kuala Lumpur rəhbərliyi epidemiyanın mərkəzi olan Vuhan şəhərindən 107 vətəndaşı təxliyə edib.
Bu ara Çindən koronavirusla bağlı etiraf açıqlamaları eşidilməyə başlanıb. Çin Prezidenti Si Cinpinin sədrlik etdiyi Siyasi Büro Daimi Komitəsinin iclasında virusla mübarizədə çatışmazlıqların olduğu etiraf olunub. Pekin rəhbərliyi fövqəladə idarəetmənin təkmilləşdirilməsi zərurətini vuğulayıb və iclas özünütənqid ruhunda keçib.
Prezident vəhşi heyvanların satıldığı bazarlarda yoxlamaların aparılması göstərişi verib.