Çin alimləri tərəfindən koronavirusa qarşı hazırlanan bitki müalicəsi mübahisələrə səbəb olub

Çin alimləri tərəfindən koronavirusa qarşı hazırlanan bitki müalicəsi mübahisələrə səbəb olub

Çinli bir qrup elm adamının, doqquzdon və çiçəkli bitkilərdən hazırlanmış bir maye dərman vasitəsinin koronavirusla mübarizədə təsirli olacağı iddiası bu ölkədə qızğın mübahisələrə səbəb olub. 
Son günlər Çində tövsiyə olunan bitki müalicəsini sınayan insanların sayı artmaqda olsa da, dövlət media orqanlarında ölənlərin və halların sayının artması ilə bitki müalicəsində ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.

Çin Elmlər Akademiyasında tapılan dərmanın virusun qarşısını ala biləcəyi ümidi ilə, apteklərə qaçan çinlilər bu dərmanı almaq üçün növbələrə girib. Virusun yayılmasının qarşısını almaq üçün vətəndaşlarını izdihamlı yerlərə girməmələri barədə xəbərdarlıq edən Çin rəhbərliyi, bu bitki dərmanının problemin həlli üçün birdəfəlik həll yolu ola bilməyəcəyi xəbərdarlığını təkrarlayıb.

Dövlət media orqanlarının verdiyi xəbərlərdə və şərhlərdə bitki müalicəsinin yan təsirlərinin ola biləcəyini və bu müalicə metodunun həkimlərlə məsləhətləşmədən istifadə edilməməsini müdafiə edən mütəxəssislərin fikirləri yer alıb.

Fransada dünyaca yoluxucu xəstəliklərin müalicəsi ilə məşğul olan məşhur Paste İnstitutu, bir gün əvvəl koronavirusun peyvəndini tapacaqlarını açıqlayıb.

Xatırladaq ki, Çində yeni bir növ koronavirusun yayılması (2019-nCoV) səbəbi ilə həyat itkisi bu günə qədər 361 nəfərə, xəstəliyə yoluxanların sayı isə 17 205 nəfərə yüksəlib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31