Azyaşlı bacısını satışa çıxardı - FOTO
Azyaşlı bacısını satışa çıxardı - FOTO
3 Fevral 2020 17:55 DünyaRusiyanın Çelyabinsk vilayətində azyaşlı reklam xidmətində satışa çıxarılıb.
"Qovorit Moskva"nın xəbərinə görə, Maşa adlı qızın satışı ilə bağlı internetdə reklam yerləşdirilib.
Vilayətdə uşaq hüquqları üzrə səlahiyyətli şəxs Yevgeniya Mayorova bunu Maşanın qardaşının zarafatla etdiyini bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu faktla bağlı yoxlama aparırlar. Onların nəticələrinə əsasən müvafiq qərar veriləcək.
" Lazım gələrsə, Müvəkkil ailə ilə birlikdə işləməyə hazır olduğunu bildirir", - deyə Mayorova əlavə edib.
Xatırladaq ki, populyar reklam xidmətində azyaşlı qız beş min rubla (133 AZN) satışa qoyulub.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31