İŞİD-lə əlaqəli olan terrorçular Misirdə qaz kəmərini partladıblar

İŞİD-lə əlaqəli olan terrorçular Misirdə qaz kəmərini partladıblar

ŞİD-lə əlaqəli olan terrorçular Misirin Sinay yarımadasının şimalında qaz kəmərini partladıblar. Bu barədə ölkənin təhlükəsizlik xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, altı maskalı şəxs Şimali Sinay əyalətinin inzibati mərkəzi Bir əl-Abd şəhərinin yaxınlığında yerləşən qaz kəmərini və sement fabrikini partladıb. İnsidentin baş verdiyi əraziyə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib. Bölgəyə təbii qazın nəqli dayandırılıb. Misirli rəsmilər jurnalistlərə tələfat barədə məlumat verməyiblər.

Qeyd edək ki, İŞİD-lə əlaqəli olan "Ənsar Beyt əl-Maqdes" terrorçu qrupunun üzvləri Misirdə tez-tez terror aktları törədirlər. Fevralın 1-də keçirilən məhkəmədə onlardan 37-si edam cəzasına məhkum olunub. Qaz kəmərlərinə hücumlar isə başlıca olaraq İsraillə bağlı olan şəbəkələrə edilir.

azertag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31