Dünyanın ən qədim taxta tikilisi aşkarlanıb
3 Fevral 2020 15:56 DünyaÇexiyada 2018-ci ildə Ostrov şəhəri yaxınlığında avtomobil yolu inşası zamanı aşkar edilən su quyusunun əsl tarixi eksponat olduğu üzə çıxıb.
Alimlərin araşdırmaları nəticəsində quyunun 7,5 min ildən çox yaşının olduğu müəyyənləşdirilib.
Beləliklə, bu quyu dünyanın yaşı dəqiq müəyyən edilmiş ən qədim taxta tikilisinə çevrilib.
Erkən neolit dövrünə aid taxta quyunun bu müddətdə xarab olmamasına onun qurunt suları təbəqəsindən altda qalması səbəb olub.
Quyunun təxminən 80x80 santimetr ölçüdə olan kvadrat şəklindədir, tikilinin hündürlüyü isə 140 santimetr təşkil edir.
Qeyd edək ki, bu, Çexiyada son dörd ildə kəşf edilən erkən neolit dövrünə aid üçüncü taxta quyudur.
report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31